...

Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2015 21:35 (UTC +04:00)
Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək.
Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Azad Həsənli/

Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək.

15 may 2015-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tavfiq Favzan Al Rabiahın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumunun keçirilməsi nəzərdə tutulur.

Trend AZPROMO-ya istinadən məlumat verir ki, biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən artıq Səudiyyə Ərəbistanı şirkətinin iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti