...

Azərbaycanda qanunun cəmiyyətə təsirinin qiymətləndirilməsi mexanizminin tətbiqi təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2015 14:20 (UTC +04:00)
Qanunvericiliyin cəmiyyətə təsirinin qiymətləndirilməsi bütün dünya, o cümlədən Azərbaycan üçün vacib prosesdir.
Azərbaycanda qanunun cəmiyyətə təsirinin qiymətləndirilməsi mexanizminin tətbiqi təklif edilir

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Ənvər Məmmədov/

Qanunvericiliyin cəmiyyətə təsirinin qiymətləndirilməsi bütün dünya, o cümlədən Azərbaycan üçün vacib prosesdir.

Trend-in məlumatına görə, bunu "Japan Tobacco International" (JTI) şirkətinin korporativ əlaqələr və kommunikasiyalar üzrə meneceri Əli Verdiyev "Azərbaycanda qanunvericiliyin təsirinin qiymətləndirilməsinin inkişafı" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 34 üzv ölkəsində qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmləri artıq norma kimi qəbul edilib: "Hərçənd Azərbaycanda bu mexanizmlər çox da tanınmır, bir çox ölkələr artıq qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmlərinə əsaslanaraq qanunlar qəbul edirlər".

Bu, JTI-nin Azərbaycanda belə formatda təşkil etdiyi ikinci seminardır. Ə.Verdiyev bildirib ki, məqsədimiz bu və ya digər sahədə qəbul edilən qanunların təkcə ayrıca sahələrə deyil, həm də bütün cəmiyyətə təsirini qiymətləndirmək və Azərbaycanda qanunvericiliyin təsirinin qiymətləndirilməsini inkişaf etdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti