Azərbaycan, Bakı, 6 iyun /Trend/
Xaçmaz sahibkarlarının investisiya layihələrinə dəstək verilir.
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xaçmaz rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, İSN-nin SKMF 2015-ci il iyunun 4-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- çörək istehsalı, bağçılıq təsərrüfatlarının, pendir istehsalı və ət kəsimi müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]