...

AGBank-ın tibb işçiləri və hərbi qulluqçular üçün bayram hədiyyəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2015 11:27 (UTC +04:00)
AGBank tibb işçilərini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını qarşıdan gələn bayram münasibəti ilə təbrik edir.
AGBank-ın tibb işçiləri və hərbi qulluqçular üçün bayram hədiyyəsi

Azərbaycan, Bakı, 17 iyun /Trend/

AGBank tibb işçilərini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını qarşıdan gələn bayram münasibəti ilə təbrik edir.

Sağlamlığımızın keşiyində həkimlərimiz durduğu kimi ərazi bütövlüyümüz və azadlığımızın keşiyində Silahlı Qüvvələrimiz durur. Bankdan Trend-ə verilən məlumata görə, AGBank tibb işçiləri və hərbi qulluqçuları üçün bayram hədiyyəsi hazırlayıb. Bayram aksiyasının şərtlərinə görə iyun ayının 17-dən 25-dək tibb işçiləri və hərbiçilər, rəsmiləşdirdikləri kreditin son 3 ayını faizsiz ödəyəcəklər. Əgər tibb nümayəndəsi və ya hərbiçi 12 aylıq kredit xətti açarsa 10,11,12-ci ayını 0% ilə bağlayacaq (FİFD: 29.31%-dən başlayaraq). Göstərilən tarixlərdə AGBank-ın filiallarına müraciət edərək bayram hədiyyəsini əldə etmək mümkündür:

http://www.agbank.az/?/az/filial/
Filialların iş rejimi bazar ertəsi-cümə günləri, 09:00-dan - 17:00-dək

Əlavə məlumat üçün AGBank-ın "135" Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti