...

Bank VTB-nin (Azərbaycan) əmanətçiləri avtomobil qazana bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2015 20:56 (UTC +04:00)
Bank VTB (Azərbaycan) “Uduşlu hesab” adlı yeni depozit aksiyasına başlayıb.
Bank VTB-nin (Azərbaycan) əmanətçiləri avtomobil qazana bilərlər

Azərbaycan, Bakı, 16 iyul /Trend

Bank VTB (Azərbaycan) "Uduşlu hesab" adlı yeni depozit aksiyasına başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, yeni aksiya həm əmanət üzrə yüksək gəlir əldə etməyə, həm də lotereya iştirakçısı olmağa imkan verəcək.

Aksiya çərçivəsində "Sərfəli" depoziti üzrə manatla əmanət yerləşdirən müştərilər qiymətli hədiyyələrə sahib olmaq şansı qazanacaq: avtomobil "Chevrolet Cruze", turistik səfərlər, ev kinoteatrları, Iphone 6 mobil telefonları, Ipad Air 2 planşetləri və digər dəyərli hədiyyələr.

Lotereya qalibləri 15 sentyabr 2015-ci ildə bankın baş ofisində lototron vasitəsi ilə müəyyənləşəcək.

"Uduşlu hesab" aksiyası hətta qısa müddətə yerləşdirilən depozit üzrə yüksək gəlir əldə etməyi nəzərdə tutur və "Sərfəli" əmanəti üzrə maksimal faiz dərəcəsi 16%-dək artır.

Aksiya şərtlərinə əsasən, 30 gün (1 ay) müddətinə "Sərfəli" əmanət üzrə faiz dərəcəsi 12% təşkil edəcək. 90 gün (3 ay) müddətinə yerləşdirilən əmanət üzrə faiz dərəcəsi aylıq ödəniş olduğu halda 13%, faizlər müddətin sonunda ödənildikdə isə 14% olacaq. Əmanət 6 ay müddətinə yerləşdirildiyində və faizlə müddətin sonunda ödənildikdə bank depozit üzrə maksimal faiz dərəcəsi -16% təklif edir. Aylıq ödəniş olduğu halda bu müddət üçün faiz dərəcəsi 15% təşkil edir. Depozit 1 illik olduğunda faizlərin ödənilməsi şərtindən asılı olaraq əmanət üzrə faiz dərəcəsi 13-14% olacaq. Depozitin minimal məbləği 1000 manatdır.

Bank VTB-nin (Azərbaycan) İdarə heyətinin sədri Yuri Yakovlev bildirib: "Bizim əsas məqsədimiz müştərilərə daha sərfəli şərtlərə məhsullar təqdim etməkdir. "Uduşlu hesab" aksiyası müştərilərə seçim etmək imkanı verir: qısa və ya uzun müddətli əmanət yerləşdirmək imkanı. Hər iki halda gəlirlər kifayət qədər yüksəkdir".

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti