Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Azad Həsənli/
Dünya Bankı (DB) Azərbaycana bank sektorunda birləşmənin alətlərini və qanunlarını təkmilləşdirməkdə kömək etməyə hazırdır.
Bunu Trend-ə Dünya Bankının (DB) Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina deyib.
O bildirib ki, bankların birləşməsi prosesini müvafiq alətlərin inkişafı vasitəsilə stilmullaşdırmaq daha yaxşı olardı: "Azərbaycanda bankların yenidən qurulmasının müxtəlif növlərinin stimullaşdırılmasının hüquqi cəhətdən məhdud olduğunu nəzərə alsaq, prosesin genişləndirilməsi üçün nizamlayıcı bu sahədə dünya təcrübəsini nəzərdən keçirməlidir".
Ekspert qeyd edib ki, birləşmənin alətləri genişdir: "Məsələn, mühasib, maliyyə və investisiya öhdəliklərini nəzərdə tutan texniki birləşmə və udulma prosedurları var. Bu prosedurlar qanunvericilik qaydasında müəyyən edilməlidir".
A.Priqojina bildirib ki, birləşmə prosesi ilə bağlı olan bütün üsul və öhdəliklər dəqiq qeyd olunmalıdır: "İnvestorlar vergi və investisiya öhdəlikləri haqqında bilməlidir. Bununla yanaşı, birləşmə proseduru maksimum sadələşdirilməlidir ki, investorların əlavə sualları qalmasın və onlar ehtiyat etməsinlər".
Birləşmə variantlarından biri kimi əlaqələndirici bankın bəzi aktiv və passivlərinin əldə edilməsini nümunə çəkib. A.Priqojina qeyd edib ki, investora "təmiz" bank satmaq üçün keçid bank yaratmaq olar. Ekspert hesab edir ki, birləşmənin stimullarından biri strateji investorların olmasıdır: "Azərbaycan üçün bu aktual mövzudur. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovdan Azərbaycanın bank bazarına strateji qərb investorlarının daxil olmasını hər vasitə ilə dəstəklədiklərini eşitmək bizə xoş oldu. Çünki onlar özləri ilə yeni texnologiya, təcrübə gətirə və resurslar cəlb edə bilərlər. Başqa sözlə, Azərbaycan bazarına bir neçə nüfuzlu beynəlxalq maliyyə qrupu daxil olsa, bu ölkənin maliyyə bazarının cəlbediciliyi və sabitliyinin artmasına imkan yaradacaq".