...

Ərdoğan: Türkiyədəki son hadisələr iqtisadiyyata təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2015 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədəki son hadisələr ölkə iqtisadiyyatına təsir etməyəcək.

Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, ölkədəki hadisələr xüsusilə turizm sahəsinə təsir göstərməyəcək.

Prezident məlumat verib ki, Türkiyədə baş verən hadisələr fonunda Rusiyadan gələn turistlərin sayı azalsa da, onların yerini almaniyalı turistlər tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti