...

Çindən gələn ilk qatar Bakıya çatdı (FOTO) (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2015 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Azad Həsənli/

Çindən beynəlxalq Transxəzər nəqliyyat marşrutu üzrə gələn birinci konteyner qatar bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

Trend-in məlumatına əsasən, bu konteyner qatarının gəlişi dəmir yolları rəhbərlərinin 2013-cü ildə yaradılmış Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Əlaqələndirmə Komitəsinin iclaslarında əldə etdikləri tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsidir.

82 konteyner və 41 platformadan ibarət olan qatar iyulun 28-i Çinin Şixezi əyakətindən yola düşüb. 4 min kiolometrdən çox məsafə qət edən konteyner Qazaxıstanın Aktau limanında da dayanıb.

C.Qurbanovun da qeyd etdiyi kimi, 2020-ci ilədək bu marşrut üzrə təqribən 300-400 min konteyner gətiriləcək. Bu da ölkəyə yüz milyonlarla manat gəlir gətirəcək.

Öz növbəsində baş nazirin müavini Abid Şərifov Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələrin region üçün əhəmiyyətindən danışıb.

Azərbaycan nəqliyyat nazirinin müavini Arif Əskərov bildirib: "Bugünkü hadisə öz əhəmiyyətinə görə fərqlənir və son altı ayda həyata keçirilən işlərin və danışıqların nəticəsidir".

O qeyd edib ki, Azərbaycan regional əməkdaşlığa xüsusi diqqət ayırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti