...

Azərbaycanda 12 mindən çox istehsalçı ilə bağlı sənədlər Maliyyə Nazirliyinə göndərildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2015 16:41 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi 12333 nəfər istehsalçıya güzəştlə satılmış gübrə üçün dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədləri Maliyyə Nazirliyinə göndərib.
Azərbaycanda 12 mindən çox istehsalçı ilə bağlı sənədlər Maliyyə Nazirliyinə göndərildi

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Kənd Təsərrüfatı Nazirliyi 12333 istehsalçıya güzəştlə satılmış gübrə ilə bağlı müvafiq sənədləri Maliyyə Nazirliyinə göndərib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə, dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclasında bildirilib.

Respublika Komissiyacının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 01 avqust 2014-cü il tarixli 270 nömrəli Qərarlarının icrasına uyğun olaraq, 2015-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 70 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlər daxil olması davam edir.

Respublika Komissiyası 5 satıcı təşkilat, o cumlədən, "Aqrolizinq" ASC, "Aqrokimya" MMC, "GBR TRADE" MMC, "FİTO TRADE" MMC və "Mikro Az Feed" MMC üzrə NK-nın 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş "Aqrolizinq"" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları"nın 1.2, 2.3 və 2.8 maddələrinə və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" qərarlara uyğun olaraq, 12333 nəfər istehsalçıya 102215,8 hektara görə güzəştlə satılmış 17841 ton mineral gübrə üçün 7 milyon 280 min manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə Respublika Komissiyasının qərarı və müvafiq sənədlər Maliyyə Nazirliyinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti