...

Azərbaycanın valyuta bazarında əməliyyatların təqribən 90 faizi dollarla aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2015 06:18 (UTC +04:00)
2015-ci ilin I yarısında Azərbaycanın valyuta bazarında əməliyyatların 89 faizi dollarla aparılıb.
Azərbaycanın valyuta bazarında əməliyyatların təqribən 90 faizi dollarla aparılıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin I yarısında Azərbaycanın valyuta bazarında əməliyyatların 89 faizi dollarla aparılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il yanvar-iyun ayları üçün pul siyasəti icmalında deyilir.

Hesabata əsasən, qalan 11 faiz əməliyyat digər valyutalarda aparılıb.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə dollar ilə əməliyyatların həcmi 2 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,3 dəfə artıb.

Hesabatda bildirilir ki, I yarımillikdə valyuta bazarı üzrə dövriyyədəki artım əsasən I rübdəki proseslərlə (fevralın 21-də manatın məzənnəsinin dəyişməsi) əlaqədardır: "Belə ki, ötən ilin eyni dövrünə nəzərən dollar ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi I rübdə 2,4 dəfə artmışdısa, II rübdə artım 1,6 dəfə olub".

Hesabat dövründə banklar tərəfindən əhaliyə xalis satılan nağd xarici valyuta dollar ilə 2 dəfə artıb: "Nağd xarici valyutaya tələbin artması da əsasən I rübdə baş verib. Belə ki, I yarımillikdə xalis satılan dolların 76 faizi, avronun isə 56 faizi I rübdə satılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti