...

Maliyyə Monitorinqi Xidməti antiterror sanksiya siyahısını genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2015 03:53 (UTC +04:00)
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti terrorizmə dəstəyə görə beynəlxalq sanksiyaların tətbiq olunduğu hüquqi və fiziki şəxslərin siyahısına Suriyanın “Ceyş-əl-Muhacirin vəl-Ənsər” ("The Army of Emigrants and Supporters") təşkilatını əlavə edib.
Maliyyə Monitorinqi Xidməti antiterror sanksiya siyahısını genişləndirib

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti terrorizmə dəstəyə görə, beynəlxalq sanksiyaların tətbiq olunduğu hüquqi və fiziki şəxslərin siyahısına Suriyanın "Ceyş-əl-Muhacirin vəl-Ənsər" ("The Army of Emigrants and Supporters") təşkilatını əlavə edib.

Trend xəbər verir ki, bu barədə Xidmətin saytında yayılan məlumatda deyilir.

Məlumatda bildirilir ki, 2013-cü ildə yaranan təşkilatın "Cəbhat ən-Nüsrə" və "İslam Dövləti" terror təşkilatları ilə əlaqəsi var.

Siyahıya dəyişiklik BMT-nin Təhlükəsizlik Şurasının "Əl-Qaidə" Sanksiya Komitəsinin 2015-ci il avqustun 6-da qəbul edilmiş qərarına uyğun olaraq həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti