...

"Şəki İpək" kombinatı normal rejimdə işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2015 21:06 (UTC +04:00)
İpək məhsullar istehsal edən "Şəki İpək" kombinatı Acıq Tipli Aksioner Cəmiyyəti normal rejimdə işini davam etdirir.
"Şəki İpək" kombinatı normal rejimdə işləyir

Azərbaycan, Bakı, 14 avqust /Trend/

İpək məhsullar istehsal edən "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətində (ASC) iş normal rejimdə davam etdirilir. Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, heç bir işçi müəssisədən işdən çıxarılmayıb və ödənişsiz məzuniyyətə buraxılmayıb.

Xammalın - ipək yarımfabrikatın çatdırılmasında yaranmış müvəqqəti problemə görə, ipək parça istehsal edən toxucu sexi müvəqqəti işini dayandırıb. Müəssisə rəhbərliyinin sözlərinə görə, həmin sexdə çalışan 150 işçi ödənişli qaydada məzuniyyətə buraxılıb.

Müəssisə rəhbərliyi onu da bildirib ki, kombinatın bütün sexlərində - xalçaçılıq, pambıqəyirən və kəlağayı istehsal edən sexlərdə iş normal rejimdə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti