...

Azərbaycana maşın idxalı 2 dəfə azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2015 11:25 (UTC +04:00)
2015-ci il yanvar-iyul aylarında Azərbaycana 19476 avtonəqliyyat vasitəsi idxal olunub. Ötən ilin eyni dövründə bu göstərici 38338 olub.
Azərbaycana maşın idxalı 2 dəfə azalıb

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Azad Həsənli/

2015-ci il yanvar-iyul aylarında Azərbaycana 19476 avtonəqliyyat vasitəsi idxal olunub. Ötən ilin eyni dövründə bu göstərici 38338 olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata əsasən, 7 ay ərzində idxal edilən maşınların 17345 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin eyni dövründə bu göstərici 34 618 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 1275 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin eyni dövründə 3263 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti