...

Azərbaycan yük avtomobillərinin istehsalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2015 22:05 (UTC +04:00)
2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 182 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 14,5 faiz üstələyir.
Azərbaycan yük avtomobillərinin istehsalını artırıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 182 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 14,5 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-iyul aylarının yekunu üzrə hesabatında deyilir.

Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 325 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 78,5 faiz azdır.

Cari ilin ilk yeddi ayında ölkədə 610 traktor istehsal edilib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 14 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod - Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti