...

Azərbaycan balını dünya bazarına çıxarmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2015 13:26 (UTC +04:00)
Azərbaycan arıçılıq sahəsində məhsulların mütəmadi əsasda ixrac tədarükünü təşkil etməlidir.
Azərbaycan balını dünya bazarına çıxarmağa hazırlaşır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan arıçılıq sahəsində məhsulların mütəmadi əsasda ixrac tədarükünü təşkil etməlidir. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov "Yerlı arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin rolu" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan balı hazırda Avropaya yalnız müxtəlif sərgilər çərçivəsində aparılır: "Arıçılıq sahəsində məhsulların mütəmadi əsasda ixrac tədarükünü təmin etmək üçün ilk növbədə müəyyən standartlar hazırlamaq, xüsusilə məhsulların qablaşdırılmasını standartlaşdırmaq lazımdır".

S.Məmmədov turistlər arasında balın populyarlaşmasında turizm obyektlərinin rolunu qeyd edib: "Bu baxımdan Azərbaycanın bölgələrindəki otellər və mehmanxanalar vacib rol oynayır".

O əlavə edib ki, Azərbaycanda arıçılığın inkişafı üçün bütün zəruri şərait var: "İlk növbədə təbii şərait var. Bundan başqa, arıçılar 2019-cu ilədək torpaq vergisindən başqa, bütün vergiləri ödəməkdən azad ediliblər. Onlara müxtəlif subsidiyalar, güzəştli kreditlər, güzəştli lizinq əsasında texnika verilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti