...

Azərbaycan və Belarus beynəlxalq avtomobil daşımaları üzrə sənəd imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2015 17:38 (UTC +04:00)
beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının protokolu imzalanıb.
Azərbaycan və Belarus beynəlxalq avtomobil daşımaları üzrə sənəd imzalayıblar

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bu gün beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yükdaşıma sahəsində icazə vərəqələrinin istifadəsi, 2016-cı ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlı beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının protokolu imzalanıb.

Trend xəbər verir ki, protokolu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev və Belarus Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı İdarəsinin rəisi Sergey Dubina imzalayıblar.

Qeyd edək ki, Bakıda beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti