...

Azərbaycan icbari tibbi sığortanı tətbiq etməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2015 14:32 (UTC +04:00)
Azərbaycanda işə qəbul edilərkən əməkdaşların icbari tibbi sığortasının tətbiq edilməsi təklif olunur.
Azərbaycan icbari tibbi sığortanı tətbiq etməyi planlaşdırır

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda işə qəbul edilərkən əməkdaşların icbari tibbi sığortasının tətbiq edilməsi təklif olunur. Trend-in məlumatına görə, bu barədə 2016-2019-cu illər və növbəti 3 il üçün Azərbaycanın sosial-iqtisadi inkiaşf konsepsiyası layihəsində deyilir.

Layihəyə əsasən, bu, Azərbaycanın sığorta siyasətinin ən prioritet istiqamətlərindən biridir. 2016-cı ilin büdcə zərfi hazırda Mill Məclis tərəfindən nəzərdən keçirilir.

Layihədə qeyd edilir ki, səmərəli sığorta sisteminin formalaşdırılması üçün Azərbaycan aşağıdakı istiqamətlərə də diqqət ayıracaq:

- sığorta sisteminin inkişafı və onu iqtisadi artımın vacib amilinə çevirmək məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi;

- sığortaçıların maliyyə sabitliliyini və ödəniş qabiliyyətinin gücləndirilməsi;

- sığortaçıların maraqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi;

- dövlətin sığorta üzərində səmərəli nəzarətinin artırılması;

- əhalinin əmanətlərinin uzunmüddətli sərmayələrə transformasiya edilməsi sisteminin inkişafı;

- milli sığorta sisteminin dünyaya inteqrasiyasının davam etdirilməsi;

- sığorta hadisələrində sənədlərin rəsmiləşdirilməsi prosedurunun təkmilləşdirilməsi;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti