...

Azərbaycan dövlət avtomobil yolları boyunca mühafizə zolaqlarının enini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2015 13:23 (UTC +04:00)
Nazirlər Kabinetinin qərarı ilə dövlət mülkiyyətində olan avtomobil yolları boyunca təhkim və mühafizə zolaqlarının eni təsdiq edilib.
Azərbaycan dövlət avtomobil yolları boyunca mühafizə zolaqlarının enini təsdiq edib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Nazirlər Kabinetinin qərarı ilə dövlət mülkiyyətində olan avtomobil yolları boyunca təhkim və mühafizə zolaqlarının eni təsdiq edilib.

Trend-in rəsmi mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara əsasən dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti