...

Mərkəzi Bankın "Tədqiqat bülleteni"nin növbəti sayı hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2015 15:53 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) elektron nəşri olan “Tədqiqat bülleteni”nin 2015-ci il üzrə nöbəti - ikinci nömrəsi hazırlanıb və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.
Mərkəzi Bankın "Tədqiqat bülleteni"nin növbəti sayı hazırlanıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) elektron nəşri olan "Tədqiqat bülleteni"nin 2015-ci il üzrə nöbəti - ikinci nömrəsi hazırlanıb və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.

Bankdan Trend-ə verilən məlumata görə, bülletendə II rübdə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin icmalı verilib, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər əks olunub.

Burada, həmçinin Norveç Mərkəzi Bankının proqnozlaşdırma təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə və ödəniş sistemləri üzrə son tədqiqatların nəticələri verilib.

Bülletenin Maliyyə savadlılığı bölməsində maliyyə savadlılığının inklüzivlikdə rolu əks olunub. Budəfəki nömrənin İqtisadi sözlük bölməsində isə son dövrlər mərkəzi bankların təcrübəsində geniş istifadə edilən qeyri-ənənəvi siyasət tədbirlərinə dair məlumat verilib.

Bülletenin fundamental tədqiqatlar bölməsində isə AMB-də aparılan son tədqiqat işləri haqqında da məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti