...

Azərbaycan avtomobil idxalını 50 faizdən də çox azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2015 09:00 (UTC +04:00)
2015-ci il yanvar-sentyabr aylarında Azərbaycana 22 915 avtonəqliyyat vasitəsi idxal olunub.
Azərbaycan avtomobil idxalını 50 faizdən də çox azaldıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

2015-ci il yanvar-sentyabr aylarında Azərbaycana 22 915 avtonəqliyyat vasitəsi idxal olunub. Ötən ilin eyni dövründə bu göstərici 47 984 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata əsasən, 9 ay ərzində idxal edilən maşınların 20 386 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin eyni dövründə bu göstərici 43 496 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 1584 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin eyni dövründə 3946 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti