...

Kommersiya banklarının nümayəndələri üçün seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2015 14:19 (UTC +04:00)
Mərkəzi Bankla “MasterCardWorldwide” beynəlxalq kart təşkilatı “Fraud Clinic event” mövzusunda seminar keçirib.
Kommersiya banklarının nümayəndələri üçün seminar keçirilib

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən kommersiya banklarının nümayəndələri üçün "Fraud Clinic Event" mövzusunda seminar keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, seminarda ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlara qeyri-qanuni müdaxilə və onların səlahiyyətsiz idarə olunması, ekvayrinq xidməti üzrə təsərrüfat subyektlərinin qeydiyyatı və monitorinqi, elektron ticarət vasitəsilə aparılan kart əməliyyatlarında fırıldaqçılıq halları, o cümlədən bu sahədə son trendlər haqqında məlumat verilib.

Seminar zamanı "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri açıqlanıb və bu sahədə beynəlxalq təcrübə bölüşülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti