...

Beynəlxalq Bankın filialında bomba xəbəri yalan çıxdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2015 17:19 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Beynəlxalq Bankının (ABB) Quba filialına bomba qoyulması barədə məlumat yalandır. Bunu Trend-ə ABB-dən deyiblər.

Bankdan bildiriblər ki, filial artıq normal iş rejiminə qayıdıb: "Bu gün naməlum şəxs banka zəng edərək ABB-nin Quba filialına bomba qoyulması barədə məlumat verib. Bankın təhlükəsizlik xidməti hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Görülmüş işlər nəticəsində bomba barədə məlumat təsdiqini tapmayıb".

ABB-dən bildiriblər ki, hazırda zəngin haradan daxil olduğu araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti