...

Dövlət Neft Fondu valyuta satışını bərpa etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2016 19:15 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.
Dövlət Neft Fondu valyuta satışını bərpa etdi

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün yeni mexanizm ilə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib. Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti