Bakı. Trend:
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar, İcbari Sığorta Bürosu tərəfindən vətəndaşa kompensasiya ödəyib.
Bürodan Trend-ə verilən məlumata görə, 31 iyul 2014-cü il tarixində saat 12:00 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən 208 km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar, Azərbaycan Respublikasının vətəndaşına 1500 (bir min beş yüz) manat məbləğində kompensasiya ödənişi verilib. Kompensasiya ödənişi 14 yanvar 2016-cı il tarixində poçt vasitəsi ilə köçürülüb.