...

Ötən il Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasına 54 müraciət olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2016 14:36 (UTC +04:00)
2015-ci il ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında 54 müraciət olub.
Ötən il Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasına 54 müraciət olub

Bakı. Trend:

2015-ci il ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında 54 müraciət olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 1 müraciət 2014-cü ildən qalıq qalıb, 53 müraciət isə 2015-ci il ərzində daxil olub.

Şuranın icraatında olmuş müraciətlərdən 22-si kameral vergi yoxlamasının, 15-i səyyar vergi yoxlamasının, 15-i operativ vergi nəzarətinin nəticələri və 2-si isə digər məsələlər ilə bağlı olub.

Şuranın icraatında olmuş 54 müraciətdən 49-una "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun, "Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası haqqında Əsasnamə"nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilmiş, 5 müraciət isə 2016-cı ilə keçib.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 49 müraciətin 27-si tam və ya qismən təmin edilib, 14-ü təmin edilməyib, 4-ünün icraatına xitam verilib, 3-ü baxılmadan saxlanılıb və 1-nin isə müddəti uzadılıb. Şura tərəfindən baxılmış 49 müraciətdən 46-sı vergi ödəyicisinin təkrar şikayəti üzrə, 3-ü isə vergi orqanının müraciəti üzrə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti