...

Azərbaycanda sosial müavinət və kompensasiya alanların sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2016 09:54 (UTC +04:00)
Azərbaycanda sosial müavinət və kompensasiya alan şəxslərin sayı artıb.
Azərbaycanda sosial müavinət və kompensasiya alanların sayı artıb

Bakı. Samir Əli - Trend:

Azərbaycanda sosial müavinət və kompensasiya alan şəxslərin sayı artıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ildə ölkədə sosial müavinət və kompensasiya alan şəxslərin sayı 338,2 min nəfər olub. 2014-cü ildə isə bu rəqəm 316,4 min nəfər olub.

Komitənin məlumatında bildirilir ki, ölkədə sosial təqaüd alan şəxslərin sayında da artım olub. Ötən il ölkədə 51,6 min nəfər sosial pensiya alır. 2014-cü ildə isə sosial pensiyaçıların sayı 35,0 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti