Bakı. Azad Həsənli - Trend:
1992-ci ildən bu günədək Aİ-nin Azərbaycana ayırdığı maliyyə yardımı 563 milyon avro təşkil edib. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev ölkənin milli statistika sisteminin təkmilləşdirilməsi üzrə layihənin reallaşdırılmasına həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, bu vəsaitlərin reallaşdırılması üzrə ayrılan layihələr sırasında ən uğurlu olanları tvininq layihələrdir: "Hazırda Azərbaycanda 24 belə layihə uğurla reallaşdırılıb".
S.Babayev qeyd edib ki, Aİ Azəraycanın əsas ticarət tərəfdaşlarındandır: "Azərbaycanın əmtəə dövriyyəsinin təxminən yarısı Aİ ölkələrinin payına düşür. 10 ildə Azərbaycan iqtisadiyyatına qoyulmuş sərmayələrin 45 faizindən çoxu da Aİ ölkələrinin payına düşüb".