...

BVF və DB-nin nümayəndə heyəti mümkün yardım paketini müzakirə etmək üçün Bakıya gəlib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2016 11:45 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının nümayəndə heyəti Azərbaycana mümkün yardım paketinin müzakirə edilməsi məqsədilə Bakıya gəliblər. Bu barədə Trend-ə hökumətdəki mənbədən bildirilib.
BVF və DB-nin nümayəndə heyəti mümkün yardım paketini müzakirə etmək üçün Bakıya gəlib (ƏLAVƏ OLUNUB)

Təfərüratlar əlavə olunub (ilk xəbər saat 09:43-də yayımlanıb)

Bakı. İlahə Məmmədli - Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) nümayəndə heyəti Azərbaycan üçün mümkün yardım paketinin müzakirə edilməsi məqsədilə Bakıya gəlib. Bu barədə Trend-ə hökumətdəki mənbədən bildirilib.

Qeyd edək ki, "Financial Time" qəzeti məlumat yaymışdı ki, söhbət 4 milyard dollarlıq təcili yardım paketindən gedir. Nümayəndə heyəti yanvarın 28-dən fevralın 4-ə qədər ölkəmizdə səfərdə olacaq.

Nəşrin məlumatına görə, səfər zamanı texniki yardım və mümkün maliyyə ehtiyaclarının qiymətləndirilməsi müzakirə ediləcək. Dünya Bankının nümayəndəsi bildirib ki, BVF və DB Azərbaycan hökumətilə yerli valyutaya təzyiq və neftin ucuz qiymətlərilə bağlı təxirəsalınmaz və uzunmüddətli tədbirləri müzakirə edəcək.

Trend-in məlumatına görə, Azərbaycan hökuməti və DB maliyyələşdirmənin artırılması ilə bağlı danışıqlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti