...

Japan Tobacco: Azərbaycanda siqaretin qiymətinin azalması - qaçaqmalçılıqla mübarizənin nəticəsidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 14:48 (UTC +04:00)
Siqaretin qiymətinin azalmasının əsas səbəbi tütün məhsullarının qaçaqmalçılığı ilə mübarizədir.
Japan Tobacco: Azərbaycanda siqaretin qiymətinin azalması - qaçaqmalçılıqla mübarizənin nəticəsidir

Bakı. Ənvər Məmmədov - Trend:

Siqaretin qiymətinin azalmasının əsas səbəbi tütün məhsullarının qaçaqmalçılığı ilə mübarizədir. Bunu Trend-ə "Japan Tobacco International" (JTI) şirkətinin korporativ əlaqələr və kommunikasiyalar üzrə meneceri Əli Verdiyevdir.

Onun sözlərinə görə, Azərbaycan bazarında qiymət artımından sonra ölkəyə qeyri-leqal yolla gətirilən tütün məhsulları peyda oldu: "Bu məhsul ucuz qiymətə idi və onun keyfiyyətinin aşağı olmasına baxmayaraq, əhali onu almağa çalışırdı. Qaçaqmalçılıq yolla gətirilən məhsulların yayılmasının qarşısını almaq üçün siqaretin qitymətlərini azaltmaq qərarına gəldik".

Ə.Verdiyev əlavə edib ki, bu qərar əhalinin bir qədər azalan alıcılıq qabiliyyəti nəzərə alınmaqla qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti