...

PR-menecerlər arasında “Nə? Harada? Nə vaxt?” oyunu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2016 10:10 (UTC +04:00)
17 mart 2016-cı il tarixində “Excelsior Hotel & Spa Baku” otelində populyar “Nə? Harada? Nə vaxt?” intellektual oyununda PR-menecerlər öz biliklərini sınayacaqlar.
PR-menecerlər arasında “Nə? Harada? Nə vaxt?”  oyunu keçiriləcək

Bakı. Trend:

17 mart 2016-cı il tarixində "Excelsior Hotel & Spa Baku" otelində populyar "Nə? Harada? Nə vaxt?" intellektual oyununda PR-menecerlər öz biliklərini sınayacaqlar. Hər komandanın altı iştirakçısı müxtəlif mövzulardan olan sualları düzgün cavablandırmağa çalışacaqlar. İntellektual yarışma "Excelsior Hotel & Spa Baku" otelinin və "Game TV"-nin təşkilati dəstəyi ilə keçiriləcək.

"Excelsior Hotel & Spa Baku" otelinin baş meneceri Turhan Poyraz bu tədbir barədə qeyd etdi: "Biz bu cür intellektual turniri təşkil etmək imkanına çox şadıq, belə ki, burada iştirakçılar öz bilik səviyyələrini və dünyagörüşlərini nümayiş etdirəcəklər. Həmçinin, oyunun gedişində sualların kollektiv müzakirəsi PR menecerlərin bir-birini daha yaxşı başa düşmək və birgə qərar vermək bacarığına və onların peşə fəaliyyətində komanda ruhunun möhkəmlənməsinə kömək edəcək".

"Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti