...

"Dövlət satınalmaları haqqında" qanuna dəyişikliklər qəbul edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2016 15:44 (UTC +04:00)
Milli Məclis bu gün plenar iclasında "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklikləri qəbul edib.
"Dövlət satınalmaları haqqında" qanuna dəyişikliklər qəbul edildi

Bakı. Azad Həsənli - Trend:

Milli Məclis bu gün plenar iclasında "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, iclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu dəyişikliklər ölkədə sahibkarlığın inkişafına xidmət edir və aqrar sektorun səmərəliliyinin artırılması üçün etibarlı baza yaradır.

Onun sözlərinə görə, vəsaitlərin mərkəzləşdirilmiş qeydiyyatı, müvafiq sistemlərin yaradılması, iqtisadi mexanizmlərin uçotu ölkə iqtisadiyyatına öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti