...

DB Azərbaycanda avtomobil yolunun tikintisi üçün krediti təsdiq etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2016 04:24 (UTC +04:00)
Dünya Bankının (DB) Direktorlar Şurası Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 140 milyon dollar həcmində əlavə vəsaiti təsdiq etdi.
DB Azərbaycanda avtomobil yolunun tikintisi üçün krediti təsdiq etdi

Bakı. Ənvər Məmmədov - Trend:

Dünya Bankının (DB) Direktorlar Şurası Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 140 milyon dollar həcmində əlavə vəsaiti təsdiq etdi.

Trend-in məlumatına görə, bu barədə bankın rəsmi bəyanatında bildirilir.

Kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (DB qrupuna daxildir) xətti ilə ayrılacaq.

Layihənin əlavə maliyyələşdirilməsinin ümumi dəyəri 186,6 milyon dollardır. Bunu 46,6 milyon dolları hökumətin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti