...

Deputat Azərbaycan üçün məqbul iqtisadi inkişaf modelini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2016 16:19 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatının indiki artım templəri və onun inkişaf istiqamətləri ölkənin yeni iqtisadi inkişaf konsepsiyasına keçidini təsdiq edir.
Deputat Azərbaycan üçün məqbul iqtisadi inkişaf modelini açıqlayıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan iqtisadiyyatının indiki artım templəri və onun inkişaf istiqamətləri ölkənin yeni iqtisadi inkişaf konsepsiyasına keçidini təsdiq edir. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın kəmiyyət artımından başqa, onun keyfiyyəti - ekoloji aspektlər, material, təbii və insan resurslarından istifadə barədə danışmaq lazımdır: "Dünyada baş verən iqtisadi proseslərlə əlaqədar olaraq, son bir neçə il ərzində yeni "Artımsız iqtisadi inkişaf" nəzəriyyəsi yaranıb".

R.Quliyev qeyd edib ki, dünyada bu nəzəriyyənin uğurla tətbiq edildiyi ölkələr var: "Bunlar Norveç, İsveç, İsveçrə, İrlandiya, Finlandiya, Yeni Zelandiya və Avstraliyadır. Bu ölkələrdə əhalinin rifahı yüksəkdir. Azərbaycanda olduğu kimi, bu ölkələrdə də sosial məsələlər - yaşayış keyfiyyətinin yaxşılaşdırılması, əhalinin rifahının, yaşayış minimumunun artımı birinci sıraya daxil edilir".

Deputat əlavə edib ki, bununla əlaqədar olaraq, dünyada davam edən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda pensiyaların, sosial müavinətlərin, əməkhaqlarının artırılması üzrə qərarlar qəbul edilib, inflyasiya məntiqə uyğun həddə saxlanılır, qeyri-neft sektoru artım (I rübdə 5 faiz) nümayiş etdirir. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, hazırda Azərbaycanın iqtisadi siyasəti qeyri-neft sektoruna əsaslanacaq - bu, idxalı əvəzləyən, qeyri-neft sektorunun ixracı, nəqliyyatın, İKT-nin, kənd təsərrüfatının inkişafı modelidir. Belə bölgü zamanı Azərbaycanda reallaşdırılan iqtisadi model "Artımsız iqtisadi inkişaf" nəzəriyyəsinə tam uyğun gəlir".

O, diqqətə çatdırıb ki, artıq Azərbaycanda belə iqtisadi proqramın əsası qoyulub: "Ölkəmiz asanlıqla 1,5-2 faiz artım nümayiş etdirə bilər, iqtisadi artımın kəmiyyət baxımından aşağı göstəricisinə baxmayaraq, o, daha keyfiyyətli ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti