...

"Fitch" Azərbaycan banklarının kredit portfelinin artımını gözləmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2016 11:44 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2016-cı ildə Azərbaycanın bank sektorunun kredit portfelinin sıfır artımını gözləyir.
"Fitch" Azərbaycan banklarının kredit portfelinin artımını gözləmir

Bakı. Azad Həsənli - Trend:

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2016-cı ildə Azərbaycanın bank sektorunun kredit portfelinin sıfır artımını gözləyir.

Trend-in məlumatına görə, bunu Bakıda agentliyin maliyyə təşkilatları üzrə analitik qrupunun direktoru Dmitri Vasilyev deyib.

Onun sözlərinə görə, bu, iqtisadiyyatın artım templərinin yavaşıması və ölkənin bəzi banklarında kapitalla bağlı məhdudiyyətlərlə əlaqədardır.

Agentlik nümayəndəsi qeyd edib ki, 2015-ci ilin yekunları üzrə vaxtı ötmüş (90 gündən artıq) kreditlərin həcmi 15 faizə çatıb, lakin 2016-cı ildə onun payı artacaq, çünki dekabr devalvasiyasının effekti yalnız bu ilə nəzərə çarpacaq.

Onun fikrincə, sektorun dollarlaşması banklar üçün əsas risklərdən biri olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti