...

Rumıniyada yükdaşımaların təşkili imkanları müzakirə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2016 14:07 (UTC +04:00)
Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstanca limanından keçməklə yükdaşımalarının inkişafı ilə bağlı dəyirmi masa keçirilir.
Rumıniyada yükdaşımaların təşkili imkanları müzakirə olunur

Bakı. Trend:

Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstanca limanından keçməklə yükdaşımalarının inkişafı ilə bağlı dəyirmi masa keçirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə erdiyi məlumata görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun, "Gürcüstan Dəmir Yolu" SC-nin Baş direktoru Mamuka Baxtadzenin, "Moldova Dəmir Yolu" DB-nin Baş direktoru Yuri Topalenin, Rumıniya "CFR Marfa Sa"nın Baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edirlər.

İştirakçılar Rumıniyanın Konstanca və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yükdaşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparırlar.

Tədbir çərçivəsində memorandum imzalanacaqdır. Üç gün davam edəcək dəyirmi masa iştirakçıları üçün şəhərin tarixi yerlərinə ekskursiya da təşkil ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti