...

Azərbaycan "TransRusiya" nəqliyyat sərgisində təmsil olunur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2016 15:50 (UTC +04:00)
Moskvada 21-ci "TransRusiya" nəqliyyat-logistik xidmətlər və texnologiyalar sərgisi davam edir.
Azərbaycan "TransRusiya" nəqliyyat sərgisində təmsil olunur (FOTO)

Bakı. Trend:

Moskvada 21-ci "TransRusiya" nəqliyyat-logistik xidmətlər və texnologiyalar sərgisi davam edir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərgidə dəmir yollarının, liman və yük terminallarının milli, eləcə də beynəlxalq səviyyəli yükdaşıyıcıları, ekspeditorları, operatorları, yüklərin daşınması və saxlanması üzrə avadanlıq və texnika istehsalçıları, həmçinin gömrük brokerləri, sığorta şirkətləri iştirak edirlər. Beynəlxalq tədbirdə dünyanın bir çöx ölkələri ilə yanaşı, Azərbaycan da təmsil olunur. Ölkəmizi "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Ekspress" təmsil edir. Eyni zamanda sərgidə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi iştirak edir.

Qeyd edək ki, sərgidə Azərbaycan təmsilçisi - "ADY Express"in pavilyonuna maraq olduqca böyükdür. Avropa, Asiya, eyni zamanda Rusiyadakı yükdaşıma və logistika şirkətlərı Azərbaycan stendinə, burada təklif olunan nəqliyyat marşrutlarına, yeni tarif siyasətinə maraq göstəriblər. Sərgi iştirakçıları xüsusi olaraq Şimal-Cənub nəqliyyat dəhlizinə diqqət yetiriblər.

"Azərbaycan Şimal-Cənub dəhlizində xüsusi rolu olan dövlətdir. İrandan Rusiyaya yük gətirilməsində Azərbaycan ərazisindən fəal şəkildə istifadə olunur. Çünki bu yol ən qısa yollardan biri sayılır. Eyni zamanda Azərbaycan və Rusiya dəmir yollarının bu dəhlizlə yükdaşımalara tətbiq etdiyi aşağı tarifi də qeyd etmək lazımdır. Bu nəqliyat dəhlizi İran, hətta Hindistandan yükdaşıma sahəsində rəqabətədavamlı marşrut hesab edilir", - bu fikri sərgidə iştirak edən rusiyalı ekspertlər səsləndiriblər.

Avropa və Uzaq Şərq olkələrinin təmsilçiləri isə Transxəzər Beynəlxalq Nəqliyyat marşrutuna diqqət yetirib, Azərbaycan dəmiryolçuları ilə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər.

Sərgi, eyni zamanda yeni partnyorların tapılması və yeni tranzit yüklərin cəlb olunması üçün yaradılan geniş meydandır. Keçirilən çoxsaylı görüşlərdə, aparılan danışıqlarda Azərbaycanın tranzit marşrutlarının üstünlükləri haqqında ətraflı məlumat verilib, marşrutların qısa və daha sərfəli olduğu nümayiş etdirilib.

"ADY Express" kampaniyasının nümayəndələri yeni tranzit yüklərinin Azərbaycanın marağında olan nəqliyyat dəhlizlərinə cəlb olunmasına nail olublar.

Qeyd edək ki, "TransRusiya" sərgisi 3 gün davam edəcək. Beynəlxalq tədbirdə Rusiyanın 71 regionundan və 50 xarici ölkədən 15 minə yaxın mütəxəssis iştirak edir. Sərginin pavilyonu 18 000 kv.m-dən artıq bir sahəni əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti