...

Azərbaycanda kimya sənaye parkının yeddinci rezidenti bəlli oldu (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2016 11:57 (UTC +04:00)
Azərbaycanın "MST Engineering" şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti oldu.
Azərbaycanda kimya sənaye parkının yeddinci rezidenti bəlli oldu  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:57-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın "MST Engineering" şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti oldu.

Trend-in məlumatına görə, bunu jurnalistlərə parkın direktor müavini Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, şirkət parkın ərazisində yüksək təzyiqli xortum və fitinqlərin istehsalı ilə məşğul olacaq: "Xortum və fitinqlərin istehsal edilməsi məqsədilə parkda şirkət üçün iki hektar ərazi ayrılıb. Burada təqribən 40 yeni iş yeri açılacaq.

Z.Məmmədov qeyd edib ki, istehsal edilən məhsullar gələcəkdə qonşu ölkələrə ixrac ediləcək: "İlkin mərhələdə xortum və fitinqlərin istehsalı üçün xammal idxal ediləcək, lakin "SOCAR Polymer" zavodu istismara verildikdən sonra o, ölkə daxilində də istehsal olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti