...

Əmlak Məsələləri Dövlət Komitəsi investisiya müsabiqəsi keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2016 20:23 (UTC +04:00)
Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na əsasən “Sabirabad Dəmir Beton” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi investisiya müsabiqəsi keçirib

Bakı. Trend:

Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na əsasən "Sabirabad Dəmir Beton" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iddiaçılar qarşısında qoyulan tələblərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olub. Müsabiqədə iştirak etmək üçün bir neçə iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib.

Müvafiq nazirlik və təşkilatlardan nümayəndələrin də daxil olduğu müsabiqə komissiyası təkliflərə baxdıqdan sonra açıq səsvermə yolu ilə müsabiqəsinin qalibini elan edib.

Qaliblə imzalanmış investisiya müqaviləsinin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi 410 min manat pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini öhdəsinə götürüb. İnvestisiya proqramına əsasən, müəssisənin modernləşdirilməsi məqsədilə bir il ərzində müəssisəyə 1.040000 manat investisiya qoyuluşu həyata keçiriləcək.

İnvestisiyalar nəticəsində müəssisədə beton və beton məmulatlarının istehsalı ilə yanaşı, metalların qalvanikləşdirilməsi sexi təşkil ediləcək. Müəssisənin ərazisinin inşaat tullantılarından təmizlənməsi, müvafiq bina və qurğularda təmir və bərpa işlərinin həyata keçirilməsi təmin ediləcək. Həmçinin işıq, qaz, su və kanalizasiya sisteminin yenidən qurulmasına, mexaniki sexin qurulmasına (pres avadanlığı, kəsmə və bükmə dəzgahları, kontakt qaynaq avadanlığı), eləcə də beton bloklar üçün yeni qəliblərin alınmasına yönəldiləcək. Eyni zamanda, müəssisədə 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, dövlət müəssisələrinin özəlləşdirilməsində başlıca məqsəd investorlar tərəfindən belə müəssisələrin restrukturizasiyası, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsul istehsalının təmin edilməsi, yeni iş yerlərinin açılması və nəticədə ölkənin sənaye potensialının artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti