...

Bakı və Tehran birgə bankın yaradılmasını müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2016 01:01 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mayın 16-da İrana səfər edəcək
Bakı və Tehran birgə bankın yaradılmasını müzakirə edəcəklər

Bakı. Emil İlqar - Trend:

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mayın 16-da İrana səfər edəcək. Bunu Trend-ə İranın Azərbaycandaki səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, Elman Rüstəmovun səfəri iranlı həmkarının dəvəti əsasında baş tutacaq.

"Elman Rüstəmov İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya ilə görüş keçirəcək", - deyə səfir bildirib.

Həmçinin Möhsün Pakayin bildirib ki, Bakı və Tehran birgə bankın yaradılmasını müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti