...

AXA MBASK Azərbaycanda ilk dəfə facebook-dan sığorta polislərinin satışına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 09:29
AXA MBASK`ın rəsmi Facebook səhifəsində qiyməti öyrənib sığorta polisini şirkətin korporativ veb səhifəsinə keçmədən onlayn formada əldə etmək imkanı yaranıb - https://www.facebook.com/axambaskss/app/128953167177144/.
AXA MBASK Azərbaycanda ilk dəfə facebook-dan sığorta polislərinin satışına başlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

AXA MBASK`ın rəsmi Facebook səhifəsində qiyməti öyrənib sığorta polisini şirkətin korporativ veb səhifəsinə keçmədən onlayn formada əldə etmək imkanı yaranıb - https://www.facebook.com/axambaskss/app/128953167177144/.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu funksiya, Facebook səhifəsinin tərk etmədən avtomobilin icbarı sığortasının qiymətinin onlayn rejimdə hesablanmasına, sifariş etməsinə və kredit kart ilə ödəməsinə imkan verir. Tezliklə səhifədə xaricə gedənlərin sığorta polisini əldə etmək, həmçinin KASKO sığorta polisinin hesablanması üçün sorğu göndərmək imkanı təqdim ediləcək.

AXA MBASK onlayn-xidmətləri və müştərilərlə rəqəmsal əlaqə kanallarını aktiv şəkildə təkmilləşdirir. Sosial şəbəkələr bir çox adamların həyatının ayrılmaz hissəsidir və AXA MBASK Omni-channel strategiyası çərçivəsində müştərilərin şirkətlə qarşılıqlı münasibətlərini mümkün qədər asanlaşdırmaq və rahat etmək üçün səy göstərir.

Bu funksiyanın əsas üstünlüyü istifadəçilərin mobil cihaz, noutbuk, sosial şəbəkələr və korporativ sayt kimi kanallar arasında sərbəst keçid edə bilməsindədir.

Şirkət bu yanaşmanı tətbiq etməklə müştəri haqqında məlumatları itirmir. Müştəri isə şirkətin bütün məhsul və xidmətlərindən onun üçün daha rahat olan üsulla istifadə etmək imkanı qazanır, üstəlik bu zaman şirkətin xidmət dairəsində olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti