...

Bank VTB azərbaycanlı gənclərin təhsili üçün kredit şərtlərini açıqladı (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2016 16:26 (UTC +04:00)
Bank VTB-nin (Azərbaycan) azərbaycanlı abituriyent və tələbələrin təhsili üçün ayırdığı kreditin məbləği 30 min manatı və ya 1,92 milyon rublu ötməyəcək.
Bank VTB azərbaycanlı gənclərin təhsili üçün kredit şərtlərini açıqladı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:03-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Bank VTB-nin (Azərbaycan) azərbaycanlı abituriyent və tələbələrin təhsili üçün ayırdığı kreditin məbləği 30 min manatı və ya 1,92 milyon rublu ötməyəcək.

Trend-in məlumatına görə, bunu Bank VTB-nin (Azərbaycan) Təhlil, metodologiya və bank məhsullarının hazırlanması şöbəsinin müdiri Rasim Xammədov yeni məhsulun təqdimatında deyib.

Onun sözlərinə görə, kreditin məbləği 300 manatdan 30 min manatadək dəyişə bilər: "Tədris Rusiyada olduğuna görə biz krediti rublda veririk. Rublda kreditin məbləği 19 mindən 1,92 milyon rubladək təşkil edir. Kreditin müddəti 6-60 ay arasında dəyişir".

R.Xammədov qeyd edib ki, kredit semestr üçün tranş qismində və ya bütün tədris ili üçün verilə bilər, kredit üzrə faiz dərəcəsi isə valyutadan asılı olaraq dəyişəcək: "Manat kreditləri üzrə faiz dərəcələri illik 15 faiz, rubl kreditləri üzrə isə 19 faiz təşkil edəcək. Əgər tələbə yetkinlik yaşına çatmayıbsa, kredit onun yaxın qohumunun adına rəsmiləşdirilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti