...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2016 10:49 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftə 47$-a kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. Bazar ertəsi artıq 49.63$-a təklif edilən Brent markalı neftin bir barel qiyməti 47.00$-ın üzərində möhkəmlənməyə davam edərsə, 50.57$ və 51.44$-a kimi bahalaşa bilər.

GOLD

Digər əmtəə bazarlarında isə qızılın bir unsiya qiyməti 1315$ kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Artıq 2 gün ərzində 1281$-a kimi 3% dəyər itirən qızılın bir unsiya qiyməti 1315$-ın altında qalmağa davam edərsə, qısa müddət ərzində 1276$, 1260$ və 1236$-a kimi ucuzlaşa bilər.

EUR

Təqribən son iki ay ərzində 4.4% ucuzlaşan avronun dollara nisbətən qiyməti artım istiqamətində korreksiyaya başlayıb. Hal-hazırda dünya birjalarında 1.13$-dan baha təklif edilən EUR/USD cütlüyü 1.1415$, 1.1450$ və 1.1536$-a kimi bahalaşa bilər. Uzun müddətli gələcəkdə isə qiymət 1.16$-ın altında qalmaqla, yenidən 1.09$ səviyyələrinə kimi eniş trendini bərpa edə bilər.

GBP

Böyük Britaniya funt sterlinqi 1.4774$ səviyyəsinin altında qaldığı təqdirdə, 1.4012$ və 1.3836$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

TRY

Türk lirəsi də dolların dünya birjalarında ucuzlaşması fonunda bahalaşmağa başlayıb. Belə ki, dolların türk lirəsinə nisbətən qiyməti proqnozlaşdırıldığı 2.96 lirəyə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Cütlük üzrə qiymət 2.96 lirənin altında qaldıqca, daha da ucuzlaşa, yəni türk lirəsi daha da bahalaşa bilər. USD/TRY cütlüyü üzrə eniş trendi isə 2.7893 və 2.8243 lirə səviyyələrinə kimi davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti