...

Dövlət Taxıl Fondu buğda tədarükü elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2016 18:53 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edir.
Dövlət Taxıl Fondu buğda tədarükü elan edir

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, FHN-in Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen MMC”, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL” kiçik müəssisəsi, “Pak-Nur” Firması, “Xırman” Firması, “Rəşad” firması və “Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 21-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir. Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:

I. Dənin naturası (bir lititlik purkalarda qramla):
buğda üçün: - 750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə)
buğda üçün: - 2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):
buğda üçün: - 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə):
bütün bitkilər üçün: - 13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq - 3-cü sinif: - 23 faizdən az olmamaqla
buğda üçün: - 2-ci qrupdan aşağı olmamaqla
- yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)
VI. Şüşəvarilik:
- 3-cü sinif buğda üçün: - 40% -dən az olmamaqla

VII. İyi və dad-bütün bitkilər üfunət, səməni,
acıyovşan və ya dənli bitkilərə xas olmayan və
onların emalı məhsullarına keçən (kerosin, benzin,
sarımsaq və buna oxşar maddələr) digər iy və dad:
- yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər: - yol verilmir
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün: - yol verilmir
X. Digər əlamətlər – bütün bitkilər üçün
karantin və iqtisadi cəhətdən
təhlükəli xəstəlik, zərərverici və alaq
otlarının toxumları olan dən
(heyvanların yoluxucu və ya tarlada
qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi
toksiki elementlər, radionukleidlər, pestisidlərlə
çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan
əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)
- yol verilmir

Bildirilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş lsaboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (09:00-dan 18:00-a kimi):

- “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi, 20; tel.: 050-660-39-03;
- “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şosesinin 51-ci kilometrliyi; tel.: 050-218-30-06;
- “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şosesi; tel.: 012-342-90-04, 050-352-50-01;
- “Dəvəçi-Dəyirman MMC”: Şabran şəhəri, Nizami küçəsi, 1; tel.: 050-314-39-21;
- “Karat-Holdinq”: Xirdalan şəhəri, Samaxı şosesi, 23; tel.: 050-222-38-36;
- “Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şosesi, 23; tel.: 050-223-18-93;
- “Gəncə-Dəirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi, 1; tel.: 0-50-265-80-75;
- “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə; tel.: 012-566-00-44; 050-214-72-81;
- “Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti, 6; tel.: 0-50-200-11-87;
- “Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3; tel.: 0-50-220-30-27;
- “EL” kiçik müəssisəsi: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev, 300; tel.: 012-346-08-08, 055-271-73-73;
- “Pak-Nur” firması: Xaçmaz şəhəri; tel.: 050-590-18-36;
- “Xırman” firması: Biləcəri qəsəbəsi; tel.: 077-270-97-20;
- “Rəşad” firması: Bərdə şəhəri; tel.: 050-215-99-00;
- “Svinks” MMC: Xırdalan şəhəri; tel.: 050-630-65-92.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

- Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti;
- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti