...

"Bank Standard" səhmlərinin nəzarət zərfi "Azər-Türk Bank” vasıtəsilə sağlamlaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2016 09:56 (UTC +04:00)
Son illər ”Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olub, bankın likvidlik və kapital mövqeyi zəifləyib, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb.
"Bank Standard" səhmlərinin nəzarət zərfi "Azər-Türk Bank” vasıtəsilə sağlamlaşdırılacaq

Bakı. Trend:

Son illər ”Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olub, bankın likvidlik və kapital mövqeyi zəifləyib, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb.

Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib.

Bu b arədə Trend-ə Palatadan məlumat verilib.

Kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə məhkəmə qərarı ilə 4 iyul tarixinədək moratorium tətbiq olunub, sosial ödənişlərin icrası üçünsə MBNP-nın müraciəti əsasında Mərkəzi Bank tərəfindən ona likvidlik dəstəyi göstərilib. Ötən dövr ərzində bankın aktivlərinin səfərbər olunması istiqamətində görülmüş tədbirlər nəticəsində iyun ayından xırda əmanətlərin ödənilməsinə başlanıb, “Bank Standard”ın maliyyə dayanıqlığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramı hazırlanıb.

Bankın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusı çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq, fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilib.

Qərara əsasən “Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sağlamlaşdırılacaq. Sağlamlaşdırma proqramına görə “Azər-Türk Bank” ASC tərəfindən 3 avqust tarixinədək “Bank Standard” KB-nın idarəetmə orqanları yenidən formalaşdırılacaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.

Bu arada bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait ayrılıb. Banka vəsaitlər sanator-bank olan “Azər-Türk Bank” ASC tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına 1 illik kredit xətti formasında ayrılıb. 4 iyul 2016-cı il tarixdən etibarən “Bank Standard” KB-da əmanətlərin ödənişi üzrə mövcud moratoriumun vaxtının bitməsi ilə əlaqədar, müvafiq məhdudiyyətlər aradan qaldırılmışdır və hüquqi və fiziki şəxslər artıq öz vəsaitlərindən istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti