Bakı. Azad Həsənli - Trend:
Bu yaxınlarda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) yeni saytı - emlakadif.az fəaliyyətə başlayacaq.
Trend-in məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, saytda bağlanan bankların əmlakı satışa çıxarılacaq.
A.Cavadov qeyd edib ki, söhbət ADIF-in ləğvedici təyin edildiyi bankların əmlaklarından gedir.