...

"Kapital Bank" 37 müştərisini səyahətə göndərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2016 12:26 (UTC +04:00)
"Kapital Bank"ın 37 müştərisi səyahət paketi qazanıb.
"Kapital Bank" 37 müştərisini səyahətə göndərəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

"Kapital Bank"ın 37 müştərisi səyahət paketi qazanıb.

Trend-ə bankdan verilən məlumata görə, mütəmadi olaraq müxtəlif aksiyalar təqdim edən Kapital Bank iyun-iyul ayları ərzində “Dincəlmək vaxtıdır” adlı stimullaşdırıcı lotereya keçirib. Lotereyanın nəticələrinə əsasən, Bankın 37 müştərisi səyahət paketi qazanıb.

Şərtlərə görə, Kapital Bankdan kredit götürən müştərilər tirajlı lotereyada iştirak edib, Azərbaycanın dilbər guşələri olan Şamaxı, Qəbələ və Qubada yerləşən 5 ulduz mehmanxanalara səyahət paketləri əldə ediblər.

Lotereya ərzində 36 ədəd standart və 1 ədəd Jumeirah Bilgah Beach Hotel-ə VIP paket sahiblərinə çatıb. Hər həftənin bazar ertəsi günü təsadüfi seçim proqramı vasitəsilə keçmiş həftənin qalibləri müəyyən edilib. Lotereyada qalib gələn müştərilər haqqında məlumat www.dincelmekvaxtidir.az saytında dərc edilib.

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul, maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti