...

Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstana yeni traktorlar verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2016 16:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 8 yeni “Belarus” traktoru Kvemo Kartli regionunun nümayəndələrinə təhvil verilib.
Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstana yeni traktorlar verilib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 8 yeni “Belarus” traktoru Kvemo Kartli regionunun nümayəndələrinə təhvil verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində olub.

Burada R.Abdullayev bildirib ki, 2016-cı ilin martında Azərbaycan Prezidentinin hədiyyəsi olan 10 ədəd traktor və onların komplektləşdirici aqreqatları əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət Kvemo Kartli bölgəsinin istifadəsinə verilmişdi və bu gün həmin tədbirin davamı olaraq Prezident İlham Əliyevin adından yeni kənd təsərrüfatı texnikası təqdim olunur.

O, 8 ədəd müxtəlif modifikasiyalı “Belorus” markalı traktor və bunlara aid aqreqatları Gürcüstan hökumətinin mülkiyyətinə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti