...

Azərbaycan, Türkiyə və Türkmənistan Aşqabad bəyannaməsini imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2016 13:37 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək nəqliyyat dəhlizinin yaradılması üçün Aşqabad bəyannaməsini imzalayıblar.
Azərbaycan, Türkiyə və Türkmənistan Aşqabad bəyannaməsini imzalayıblar

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək nəqliyyat dəhlizinin yaradılması üçün Aşqabad bəyannaməsini imzalayıblar.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, sənəd üç ölkənin nəqliyyat nazirlərinin birinci iclasında imzalanıb.

Sənədi Türkiyə tərəfindən Ə.Arslan, Azərbaycan tərəfindən nəqliyyat nazirinin müavini Arif Əsgərov, Türkmənistan tərəfindən isə avtomobil nəqliyyatı naziri Məqsəd Aydoğduyev imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti