...

Azərbaycanın yeni iqtisadi modelə keçidi bazarların tam liberallaşdırılmasını tələb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2016 13:15 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov – Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) makroiqtisadi siyasətin və onun əsaslarının təkmilləşdirilməsi və institutların möhkəmləndirilməsi məsələlərində Azərbaycana kömək edə bilər.

Bunu Trend-ə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.

Onun sözlərinə görə, bu kömək BVF-nin ölkə hökuməti ilə əməkdaşlığı yolu ilə edilə bilər.

M.əl-Qorçi qeyd edib ki, böyük ölçüdə özəl qeyri-neft sektorunun artımına əsaslanan yeni iqtisadi modelə keçid mal bazarlarının, işçi qüvvəsinin və məhsulların tam liberallaşdırılmasını, idarəetmənin yaxşılaşdırılması üzrə səylərin aktivləşdirilməsini tələb edir.

O əlavə edib ki, fond makroiqtisadi siyasətin təkmilləşdirilməsinə və institutların möhkəmləndirilməsinə dəstək verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti