Bakı. Trend:
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt(81)-2410/2012 saylı 07 sentyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan “Royalbank” ASC-nin ləğvedicisi “Azerbaijan International Consulting Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.
Fonddan Trend-ə verilən məlumata görə, qeyd edilən tarixdən etibarən ləğvedici qismində bankın adından yalnız Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.
Ləğv prosesində olan “Royalbank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.